21 oktyabr 2020 21:29
634

Azərbaycan və Türkiyə XİN başçıları telefonla danışıb

Oktyabrın 21-də Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovun Türkiyənin Xarici İşlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı baş tutub.

XİN-dən "İki sahil"-ə verilən məlumata görə, nazirlər bölgədəki son vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.

Bölgədə davamlı sülhün təmin olunması üçün Azərbaycan ərazilərinin işğalına son verilməsinin zəruri olduğu nazirlər tərəfindən vurğulanıb.