26 oktyabr 2020 00:17
751

Azərbaycan XİN rəhbəri yenidən həmsədrlərlə görüşəcək

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov İsveçrəyə səfər edəcək.

"İki sahil" “Report”a istinadən xəbər verir ki, səfər oktyabr ayının 29-na planlaşdırılıb.

Səfər zamanı Azərbaycan XİN rəhbəri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşəcək.

Görüşdə Dağlıq Qarabağ münaqişəsi müzakirə ediləcək.