Bu ilin yanvar-iyul aylarında ölkədən 823 ton çay ixrac olunub.
AZƏRTAC Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ixrac edilən çayın dəyəri 5 milyon 299 min ABŞ dollarıdır.
Xatırladaq ki, ötən ilin eyni dövründə dəyəri 5 milyon 479 min dollar olmaqla 805 ton çay ixrac edilib.