15 noyabr 2019 16:06
638

Azərbaycana 35 457 ədəd avtomobil idxal olunub 10 AYDA

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana 35 457 ədəd avtomobil idxal olunub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 83,4% çoxdur.

"İki sahil" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə ölkəyə 31 934 ədəd əsasən adamların daşınması üçün nəzərdə tutulan minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri idxal olunub. Bu göstərici son bir ildə 84,1% artıb.

Eləcə də bax: Azərbaycan Rusiyadan avtomobil idxalına görə - 4-CÜ YERİ TUTUB

Bundan başqa, yanvar-oktyabrda ölkəyə 2 934 ədəd (ötən ilin analoji dövrü ilə müqayisədə 70,4% çox) yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 441 ədəd (artım təxminən 2,5 dəfə) sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri və 148 ədəd (artım 64,4%) xüsusi təyinatlı motorlu nəqliyyat vasitələri idxal olunub.