29 yanvar 2019 16:20
136

Azərbaycanda ilk dəfə fitnes sayt açıldı

Azərbaycanda ilk dəfə olaraq arıqlamaq və ya kökəlmək üçün online proqram təqdim olunub.

Yanvarın 27-də şəhərin məşhur fitnes məkanlarının birində ‪yegetsin.com saytı ictimaiyyətə təqdim olundu.

Bu layihənin özəlliyi ondan ibarətdir ki, istifadəçilər online olaraq suallara cavab verərək xususi olaraq məhz onlar üçün tərtib olunacaq pəhriz və ya məşq planı əldə edirlər.

Pəhriz planını ölkənin ən peşəkar və tanınmış dietoloq-həkimi Şəfa Yadigarova, məşq planlarını isə peşəkar fitnes məşqçi Fərhad Heydərov və onun komandası tərtib edirlər.

Bu layihənin əsas məqsədi insanları ac saxlamadan, sağlam qidalanmağa təşviq etməkdir. “Yegetsin”in təqdim etdiyi yemək planında istifadəçi heç nədən imtina etmir. Pəhriz zamanı şirniyyatdan belə istifadə mümkündür.

Yeyin, getsin və əmin olun ki, istədiyiniz nəticəni əldə edəcəksiniz.