20 noyabr 2019 12:54
553

Azərbaycanda İNANILMAZ YENİLİK

Azərbaycanda yeni mobil etibarnamə sistemi fəaliyyətə başlayır.

Bunu Ədliyyə Nazirliyinin İnformasiya-kommunikasiya texnologiyaları idarəsinin rəisi Ağakərim Səmədzadə deyib.

Onun sözlərinə görə, sistem noyabrın 22-dən fəaliyyətə başlayacaq: "Vətəndaş nəqliyyat vasitəsi ilə bağlı cəmi 5 dəqiqə ərzində istədiyi şəxsə həftənin bütün günü, 24 saat ərzində etibarnamə verə biləcək. Vətəndaşın mülkiyyətində olan bütün nəqliyyat vasitələri sistemdə çıxacaq. Həmin sistemdə hansı nəqliyyat vasitəsini istəsəniz telefon vasitəsi ilə əldə edə biləcəksiniz. Ödəniş edildikdən sonra məlumatlar avtomatik olaraq Dövlət Yol Polisinə gedəcək".

"Report"