07 iyul 2020 18:56
1122

Azərbaycanda koronavirusa daha 537 nəfər yoluxub, 453 nəfər sağalıb

Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 537 yoluxma faktı qeydə alınıb, 453 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. “İki sahil” xəbər verir ki,  Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 21 min 374 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 12 min 635 nəfər müalicə olunaraq sağalıb, 265 nəfər vəfat edib. Aktiv xəstə sayı 8474 nəfərdir.

Ötən müddət ərzində 529 min 875 test aparılıb. Bugünkü test sayı isə 7102-dır.