22 iyul 2019 20:51
767

Azərbaycandakı idman ab-havası bizi qələbəyə ruhlandırır

İlk dəfədir beynəlxalq yarışda iştirak edirəm. Azərbaycandakı idman ab-havası bizi qələbəyə ruhlandırır.

Bu sözləri “EYOF Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalının tennis yarışlarında mübarizə aparan avstriyalı Anna Lena Ebster AZƏRTAC-a müsahibəsində deyib.

Festivalın yüksək səviyyədə təşkil olunduğunu deyən tennisçi bildirib: “XV Avropa Gənclər Yay Olimpiya Festivalında ilk oyunumda qələbə qazandığım üçün çox sevinirəm. Ümid edirəm ki, keçirdiyim növbəti oyunlarda da qalib gələcəyəm”.