18 sentyabr 2019 14:42
676

Azərbaycandan Avropa İttifaqı ölkələrinə məhsul ixracının dəyəri 169 milyon dollaradək artıb

Yanvar-avqust aylarında Azərbaycandan Avropa İttifaqına (Aİ) üzv ölkələrə 7 milyard 226 milyon 373 min ABŞ dolları dəyərində məhsul ixrac olunub.

Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu göstərici keçən ilin müvafiq dövrünə nisbətən 168 milyon 927 min dollar çoxdur.

Səkkiz ayda Aİ ölkələrindən Azərbaycana idxal edilən məhsulun dəyəri isə 1 milyard 612 milyon 261 min dollar olub.