19 mart 2020 12:50
752

Azərbaycandan Gürcüstana ixrac olunan elektrik enerjisinin dəyəri düşüb

Bu ilin yanvar-fevral aylarında Gürcüstan Azərbaycandan 13,353 mln ABŞ dolları dəyərində elektrik enerjisi idxal edib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Azərbaycandan qonşu ölkəyə ixrac olunan elektrik enerjisi dəyər baxımından illik müqayisədə 1,719 mln dollar və ya 11,4% azalıb.