20 noyabr 2019 12:15
757

Azərbaycandan MDB ölkələrinə məhsul ixracı artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycandan MDB ölkələrinə 980 milyon 32 min ABŞ dollarlıq məhsul ixrac edilib.

Dövlət Gömrük Komitəsindən bildirilib ki, bu göstərici ötən ilin eyni dövrünə nisbətən 118 milyon 815 min dollar çoxdur.

On ayda Azərbaycanın MDB ölkələrindən idxal etdiyi məhsulun dəyəri isə 2 milyard 779 milyon 695 min dollar olub.