07 oktyabr 2019 11:13
105

Azərbaycanın axtardığı şəxs Belarusda saxlanılıb

Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxs tutulub.

“Report”un xəbərinə görə, "İnterpol" xətti ilə axtarışda olan 1977-ci il təvəllüdlü Sadiq Əhmədov Belarusda saxlanılıb.

O, Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə ittiham olunur. 

S.Əhmədovun Azərbaycana ekstradisiyası olunması üçün tədbirlər davam etdirilir.