09 aprel 2020 19:21
1071

Azərbaycanın bu bölgəsində koronavirusa yoluxanların sayı artdı

Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqlarında koronavirusa yoluxanların sayı 3 nəfərə çatıb.

“Report” bu barədə Ermənistan KİV-inə istinadən xəbər verir.

“Bu gün COVID-19 ilə bağlı keçirilən üç testdən ikisində müsbət nəticə çıxdı. Belə ki, koronavirus aprelin 7-də yoluxan xəstənin gəlinində aşkarlanıb. Həmin qadın aprelin 2-dən təcrid olunmuşdu”, - məlumatda qeyd edilib.

Bundan əvvəl bölgədə koronavirusa bir yoluxma halı olduğu bildirilmişdi.