14 iyul 2020 10:34
1237

Azərbaycanın dünya miqyasında böyük nüfuza sahibdir

Azərbaycan koronavirusla mübarizədə artıq öz sözünü demiş bir dövlətdir. Prezident İlham Əliyev istər Türk Şurasının Zirvə toplantısında, istərsə də Qoşulmama Hərəkatının video konfransında çıxışında bildirdi ki, pandemiya beynəlxalq səviyyəli bir məsələdir və ona münasibət də beynəlxalq səviyyədə olmalıdır. Hər yerdə bütün güclər bir yerə qoyulmalı və məsələ beynəlxalq miqyasda həllini tapmalıdır. Bu təkliflər müsbət qarşılandıqdan sonra, Prezident İlham Əliyev BMT-yə müraciət göndərdi və koronavirusla mübarizə üçün BMT Baş Assambleyasının xüsusi iclasının çağırılmasını təklif etdi.

Bu, Azərbaycanın dünya miqyasında böyük nüfuza sahib olmasının bariz nümunəsidir. Həmçinin bu, cənab Prezidentin şəxsi nüfuzunun və dünya liderləri səviyyəsində qəbul olunmasının göstəricisidir. Azərbaycan Prezidentinin həmin təşəbbüsü ölkəmizin koronavirusla mübarizə tarixində rolunu daha da yüksəldəcək. Bu isə bizləri sevindirir. Ermənistanın bu məsəlyə qeyri-insani münasibət göstərməsi, qlobal bir təşəbbüsə etiraz bildirməsi bir dövlət olaraq işğalçı ölkəni dünya ictimaiyyətinin gözündə aqressor, xoşməramlı istənilən təklifə qarşı çıxan, bədniyyətli ölkə kimi tanıdacaq, onları daha çətin vəziyyətə salacaq. İnfeksiyalar əvvəl-axır keçir, müharibələr başa çatır. Amma həmin dövrdə hansı dövlətin, xalqın, liderin hansı davranış sərgiləməsi tarixdə qalır. Azərbaycanın bu müstəvidə pozitiv və lidersayağı davranışı da dünya tarixində qalacaq.

Azərbaycan Respublikası COVID-19-a qarşı mübarizədə qlobal həmrəylik nümunəsi kimi Ümumdünya Səhiyyə Təşkilatına könüllü iyanə ayırıb, 30-dan çox ölkəyə hümanitar yardım göstərib. Bütün dünyanı bürüyən pandemiyanın davam etməsi bir daha göstərir ki, dünya ölkələrinin dövlət və hökumət başçıları səviyyəsində BMT Baş Assembleyasının Xüsusi Sesiyası çərçivəsində bir araya gəlməsinə, COVID-19 bəlasından çıxış yollarının müzakirə edilməsinə və həlli yollarının tapılmasına böyük ehtiyac var. Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının onlayn Zirvə Görüşündə çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sesiyanın keçirilməsi təklifi ilə çıxış etməsi, BMT-nin 130-a qədər üzv dövləti tərəfindən, BMT-nin Baş Katibi Antonio Quterreş tərəfindən cənab Prezident İlham Əliyevin BMT Baş Assambleyasının Xüsusi Sesiyasının keçirilməsi barədə təşəbbüsünün dəstəklənməsi, beynəlxalq ictimayyət tərəfindən ölkəmizə olan böyük etimadın, Azərbaycanın ildən-ilə artan beynəlxalq nüfuzunun göstəricisidir. Bu, eyni zamanda Azərbaycan Prezidenti İlham Əliyevin beynəlxalq aləmdə əldə etdiyi növbəti böyük uğurudur.

Teymur Babazadə,

YAP Lənkəran rayon təşkilatının Gənclər Birliyinin sədri