13 avqust 2020 16:27
832

Azərbaycanın ərazi bütövlüyünə dəstəyimiz davam edəcək

“Azərbaycan-Türkiyə birgə hərbi təlimləri uğurla icra olunub. Bu və bundan sonra icra ediləcək təlimlər ayrıca iki qardaş ölkənin təhdid və təhlükələrə qarşı ortaq münasibətimizi bütün dünyaya gösterməkdədir”.

APA-nın xəbərinə görə, bunu Azərbaycanda səfərdə olan Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar deyib.

“Ermənistanın Azərbaycanın Tovuz rayonunda törətdiyi xain təxribatı bir daha şiddətli şəkildə qınayırıq. Azərbaycan xalqına başsağlığı, səbir, Silahlı Qüvvələrimizə güc, qüvvət arzulayırıq. Yaşadığınız acını millət olaraq dərindən hiss edirik. Azərbaycanın haqq davasına və ərazi bütövlüyünə olan güclü dəstəyimiz bu günə qədər olduğu kimi, bundan sonra da eyni şəkildə davam edəcək. Azərbaycanın işğal altındakı torpaqlarını azad etmək uğrunda mübarizədə 83 milyonluq Türkiyə olaraq sonuna qədər qardaşlarımızın yanındayıq”, - deyə Türkiyənin Milli Müdafiə naziri qeyd edib.