14 oktyabr 2019 16:20
613

Azərbaycanın FIFA referisi "Yuventus"un matçına təyinat alıb

Azərbaycanın FIFA referiləri UEFA Gənclər Liqasının oyunlarına təyinat alıblar. 

"Report"un məlumatına görə, Rəhim Həsənov 23 oktyarbrda keçiriləcək “Liepaya” (Latviya) - “Portu” (Portuqaliya) qarşılaşmasını idarə edəcək. Ona yan xətt hakimləri Mübariz Haşımov, Rza Məmmədov köməklik göstərəcək. 

Rauf Cabarov isə noyabrın 6-da baş tutacaq “Lokomotiv” (Rusiya) – “Yuventus” (İtaliya) görüşündə iş başında olacaq. Referiyə Namik Hüseynov və Pərvin Talıbov yardımçı olacaq.