14 yanvar 2021 19:55
223

Azərbaycanın müharibədəki uğuru Britaniyaya ordunun inkişafı üçün nəyə yatırım etmək lazım olduğunu göstərdi - UK Defense Journal

Azərbaycanın Dağlıq Qarabağdakı uğuru Böyük Britaniyaya ordunun inkişafı üçün nəyə yatırım etmək lazım olduğunu göstərdi.

"İki sahil" xəbər verir ki, bu barədə "UK Defense Journal" agentliyinin dərc etdiyi məqalədə deyilir.

Məqalədə qeyd olunur ki, Azərbaycan Dağlıq Qarabağdakı müharibədə erməni qoşunları üzərində heyrətamiz qələbə qazandı, onun hərbi strategiyası isə çətin keçilən dağlıq ərazidə çox səmərəli oldu: "Azərbaycan ordusu çox peşəkar ordudur və işğal olunmuş ərazilərin, o cümlədən strateji vacib Şuşa şəhərinin azad edilməsində aparıcı rol oynayıb. Amma ən güclü amil Azərbaycanın texnoloji gücü olub".

Məqalədə vurğulanır ki, son məlumatlara əsasən, Böyük Britaniyan Müdafiə Nazirliyi Azərbaycanın TB2 pilotsuz uçuş aparatlarını uğurla istifadə etməsindən sonra PUA proqramını genişləndirmək niyyətindədir.