25 iyul 2020 22:21
699

Azərbaycanın su təhlükəsizliyi etibarlı şəkildə təmin edilir

Ölkəmiz  məqsədyönlü siyasət yürüdən, yalnız öz daxili imkanlarına arxalanaraq uğurla inkişaf edən, dünya miqyasında nüfuzu olan  dövlətdir. Həyata keçirilən inkişaf proqramları bölgələrimizin tərəqqisinə, əhalinin sosial-rifahının yüksəldilməsinə, ümumilikdə ölkəmizin qüdrətlənməsinə mühüm töhfələr verib. Son illərdə  bölgələrimizin mənzərəsi nəzərəçarpacaq dərəcədə dəyişib. Şəhər və rayon mərkəzləri ilə yanaşı, kənd və qəsəbələrin böyüməsi, abadlaşması, yeni istehsal, emal və xidmət müəssisələrinin fəaliyyətə başlaması regionlarda həyat səviyyəsinin yüksəlməsindən xəbər verir. Möhtərəm Prezident cənab İlham Əliyevin Azərbaycan vətəndaşlarının  fasiləsiz və keyfiyyətli içməli su ilə təmin edilməsi barədə tapşırıqlarına uyğun olaraq mühüm layihələr icra edilib. İçməli suyun keyfiyyəti məsələsi hazırda nəinki respublikamızda, hətta qlobal məkanda aktuallıq kəsb edir. Su təchizatının iki əsas məqsədi var - əhalinin içməli suya əlçatanlığına nail olmaq və keyfiyyətli su ilə təminat. Əhalinin içməli suya çıxışının təmin eilməsi istiqamətində mühüm işlər görülür. Suyun keyfiyyətinə gəlincə, bu sahədə də son illər xeyli işlər görülüb. Əminliklə demək  olar ki, bu gün istər Bakı şəhəri və Abşeron yarımadası, istərsə də regionlarda əhaliyə verilən  içməli su qəbul edilən standartlara tam uyğundur. İçməli suyun keyfiyyət göstəriciləri daim nəzarətdə saxlanılır, eyni zamanda Səhiyyə Nazirliyi içməli suyun keyfiyyətinə dövlət nəzarətini həyata keçirir.

        Bütün infrastruktur layihələrin ardıcıl şəkildə icrası nəticəsində ölkəmiz sürətlə inkişaf edir, enerji sektoruna qoyulan vəsait, bu sahədə aparılan müasirləşmə imkan yaradır ki, biz  özümüzü  uzun müddət ərzində elektrik enerjisi ilə təmin edək. Əlavə generasiya güclərimiz nəticəsində ixrac imkanlarımız da yaranır, 30-dan çox elektrik stansiyası enerji təhlükəsizliyini təmin edir. Ölkədə qazlaşdırma 96 faizə çatıb. Bu, dünya miqyasında ən yüksək göstəricilərdən biridir. Nəqliyyat infrastrukturu böyük dərəcədə müasirləşib. Davos Ümumdünya İqtisadi Forumunun hesabatına əsasən hava nəqliyyatının səmərəliliyinə görə Azərbaycan dünyada 11-ci, dəmir yollarının səmərəliliyinə görə isə 12-ci yerdədir. Avtomobil yollarının keyfiyyətinə görə Azərbaycan 27-ci yerdədir. Bütövlükdə infrastrukturla bağlı olan vəziyyətə görə Azərbaycan dünya miqyasında 34-cü yerdədir. Bu infrastruktur layihələri arasında içməli su və meliorasiya layihələri öz yerini tapıb. 2004-cü ildə Azərbaycanda içməli su ilə təminat 40 faiz səviyyəsində idi. Bu gün isə bu rəqəm 70 faizə çatıb. Bakı şəhərində içməli suyu davamlı şəkildə alan əhalinin sayı 29 faiz idi. Bu gün bu rəqəm təxminən 82 faizə çatıb. Regionlarda isə əhalinin fasiləsiz içməli su ilə əhatə dairəsi cəmi 9 faiz idi. Bu gün bu rəqəm 63 faizdir. Son illərdə Azərbaycanda nəhəng su layihələri vəziyyəti tamamilə müsbət tərəfə dəyişib, onların arasında Oğuz-Qəbələ-Bakı su kəməri, Taxtakörpü su anbarının tikintisi tarixi layihələrdir. Çünki bu anbarın su tutumu kifayət qədər böyükdür - 270 milyon kubmetr. Buradan su təqribən 30 min hektar suvarılmayan torpaqlara su verilir. Digər böyük layihə Ceyranbatan su anbarının yenidən qurulması və müasir təmizləyici qurğuların inşa edilməsidir. Şəmkirçay su anbarı da əhəmiyyətlidir, anbarın su tutumu 165 milyon kubmetrdir və Qərb zonasının bir neçə rayonu bu imkanlardan faydalanır. Cənub zonasında yerləşən Göytəpə və Tovuzçay su anbarları da inşa edilib. Son 15 il ərzində yaradılmış böyük su anbarlarının həcmi 470 milyon kubmetrdir. İçməli su layihələrinə, meliorasiya layihələrinə böyük vəsait qoyulur. İndi müasir texnologiyalar var. Həmçinin boruların istismar müddətinin uzadılması üçün yeni texnologiyalar var, onlardan istifadə etmək lazımdır. 22 kanalın yenidən qurulması nəzərdə tutulur. Bunun nəticəsində təqribən 300 min hektara yaxın əkin sahəsinin su ilə təminatını tam həll ediləcək.

Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən və Azərbaycan vətəndaşlarının sosial rifahının yüksəlməsinə hesablanmış içməli su layihələrinin vaxtında və keyfiyyətlə icrası memarı Ulu öndər Heydər Əliyev olan sosial siyasətə öz töhfəsini verəcək.

 

Bənövşə Əhmədova,

Naftalan sakini