23 may 2019 17:27
748

Azərbaycanlı alimin Beynəlxalq elmi konfransda məruzəsi dinlənilib

Tarixçi alim, bayraqşunaslıq və heraldika mütəxəsisi, “QƏSR” Mədəni İrsi və Tarixi Abidələri Qoruyaq İB” İdarə Heyyətinin Üzvü, sədrin birinci müavin, tarix üzrə fəlsəfə doktoru Pərvin Gözəlov, 15-17 may 2019-cu il tarixində, Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində “Artilleriya Hərbi-Tarix Mühəndis və Rabitə qoşunları muzeyi”ndə keçirilən “Müharibə və Silah, yeni tədqiqatlar və materiallar” adlı Doqquzuncu Beynəlxalq elmi-praktiki konfransda “Muzey kolleksiyalarında 1833 və 1877-1878-ci illərdə Georgiy bayraqları” elmi məruzəsi ilə çıxış etmiş. Birinci 1877-1878–ci illər “Georgiy” bayrağı Azərbaycan Tarixi Muzeyinin bayraq kolleksiyasında saxlanılır, ikinci 1833-cü il “Georgiy” bayrağı  Dövlət Ermitajı materiallarından istifadə edilib. Konfransın mövzusunun istiqaməti üzrə, Rusiyada ən əhəmiyyətli, genişmiqyaslı və tədqiqat sahəsində yeganə elmi tədbir hesab edilir. Bu səbəbdən də, elmi tədbirdə beynəlxalq elmi cəmiyyətin tanınmış və nüfuzlu alimləri iştirak edirlər, konfrans zamanı mütəxəssislər arasında fikir və təcrübə mübadiləsi baş verirdi.

Beləliklə, Pərvin Gözəlov məruzəsində XVIII-ci əsrin sonu XIX əsrin əvvəllərində, Rusiya İmperiyasının xarici siyasət prosesləri və geosiyasi strategiyası nəticəsində, Azərbaycan xanlıqlarının (müstəqil və yarım müstəqil dövlət qurumları) Rusiya İmperiyasının tərkibinə daxil edilməsi prosesi yekunlaşırdı. Azərbaycan xanlıqlarının bir hissəsi Bakı, İrəvan, Gəncə, Lənkaran və Şəki xanlıqları böyük döyüşlər nəticəsində, digərləri isə Kürəkçay, Qeorgiy və Türkmənçay diplomatik müqavilələr üsulu ilə İmperiyanın tərkibinə daxil edilmişdi. İki Rus-Fars(Persiya) müharibələri nəticəsində, XIX əsrin birinci yarısı Azərbaycanın tarixi əraziləri (şimalda) Rusiya və (cənubda) müasir İran arasında bölünmüşdü. Bununla əlaqədar, Rusiya İmperiyasının tərkibinə daxil edilmiş şimalı Azərbaycanın əhalisinin etnik mənsubluğu təhrif edilərək, rəsmi dövriyyəyə “Cənubi kavkaz tatarları” və ya “Azərbaycan tatarları” və ya “Farslar”(Perslar) bəzi hallarda dini mənsubluqları ilə “Müsəlmanlar” kimi qeyd edilərək, rəsmi dövriyyəyə daxil edilmişdi. Məruzədə oda qeyd edilib ki, Rusiyanın XIX əsr akademik ədəbiyyatında Azərbaycan xalqın etnik mənsubluğu “türklər” və ya “Azərbaycan türkləri” və əhalinin “Azərbaycanlılar” kimi qeyd olunaraq, sözü gedən dövrdə dövriyyəyə daxil edilmişdi. İstifadə olunan dil analoji olaraq “ürk dili”-“Azərbaycan-türk dili” kimi qeyd edilirdi.

Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələri əsasında, Azərbaycanın tarixi ərazisi Rusiya İmperiyası və Qacarlar dövləti-(İran) arasında bölünmüşdü. Rusiya İmperiyasının tərkibinə daxil edilmiş xalqların hərbi potensialından müharibələrdə geniş miqyasda istifadə edilməsi məqsədi ilə azərbaycanlılardan ibarət atlı-müsəlman (qeyri nizami) alaylar yaradılmışdı. Azərbaycanlılardan ibarət ilk alaylar İmperator I Nikolayın (1825-1855) hakimiyyəti dövrünə təsadüf edir.

Pərvin Gözəlov məruzəsində qeyd edib ki, bir hissəsi və ya tam olaraq azərbaycanlılardan ibarət atlı-müsəlman alayları 1877-1878-ci il döyüşlərində Bakı, Elizavetpol, Zaqatala, Şuragöl, İrəvan atlı-qeyri nizami alaylarından əlavə Aleksandrapol diviziyası və Borçalı atlı-yüzlik dəstəsi cəlb edilmişdirlər. Rus-türk kampaniyasında fərqlənmiş Zaqatala atlı-müsəlman qeyri nizami alayı, imperatorun 1878-ci il ali fərmanı ilə “Georgi” bayrağı ilə təltif edilmişdi, üzərində rus dilində “За отличие в Турецкую войну 1877 и 1878 годы”. Müqaisə edilən ikinci “Georgiy” bayrağı 30 iyun 1833-cü ildə təstiq edilmiş Birinci Samoqit Qrenar alayının 3-cü fəaliyyətdə olan və 4-cü ehtiyat batalyonunun bayrağıdır.

Qeyd olunan atlı-müsəlman alaylarının bayraqdarından əlavə, 1925-ci ildə Azərbaycan Dövlət Muzeyinə Tiflisdəki Kavkaz Hərbi-Tarix muzeyindən gətirilən materiallar sırasında Azərbaycan xanlıqlarının bayraqlarıda olublar. Konfrans çərçivəsində tarixçi alim Pərvin Gözəlov “Artilleriya Hərbi-Tarix Mühəndis və Rabitə qoşunları muzeyi”nin bayraq fondunda saxlanılan Naxçıvan xanlığının XVIII-XIX əsr bayraqlarının elmi tədqiqatını həyata keçirib. Qeyd edilən Naxçıvan xanlığının bayraqları Pərvin Gözəlov tərəfindən “Artilleriya Hərbi-Tarix Mühəndis və Rabitə qoşunları muzeyi”nin bayraq fondundan 2015-ci ildə aşkar edilib.

Məruzə zamanı iştirakçılara foto slaydlar nümayiş edilib və sualları cavablandirilib. Konfrans iştirakçılarının məruzələri cap olunaraq məruzəçilərə təqdim edilmisdir.