04 iyun 2020 12:05
919

Azərbaycanlı dünya çempionu koronavirusa yoluxdu

Pauerliftinq üzrə üçqat dünya və üçqat Avropa çempionu Bayram Əliyev koronavirusa yoluxub. “İki sahil” “Qafqazinfo”-ya istinadən xəbər verir ki,  bu barədə məlumatı pauerliftinq üzrə dəfələrlə dünya və Avropa çempionu, əməkdar idman ustası Hafiz Verdiyev yayıb.  O bildirib ki, Bayram Əliyev hazırda xəstəxanadadır və müalicə alır.