20 may 2019 17:24
849

Azərbaycanlı həkimin əyri burunların düzəldilməsinə dair təklifi maraqla qarşılanıb

Hindistanın Heydərabad şəhərində keçirilən “Noseplasty 2019” simpoziumunda ölkəmizi Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun otorinolarinqologiya kafedrasının assistenti, tibb üzrə fəlsəfə doktoru Məzahir Quliyev təmsil edib.

Səhiyyə Nazirliyindən "İki sahil"ə verilən məlumata görə, toplantıda müxtəlif burun problemlərinin həllinə, o cümlədən qalındərili burunlara yanaşma ilə əlaqədar videomateriallar təqdim olunub, təqdimatlar və müzakirələr aparılıb.

Tədbirdə məruzə ilə çıxış edən M.Quliyev rinoplastika əməliyyatlarını təkmilləşdirmək üçün hazırladığı alətləri və metodikaları təqdim edib. Məruzəçinin piezo üsulu ilə osteotomiyalarda yaranan çətinliklərdən uzaq olmaq üçün, həmçinin əyri burunların düzəldilməsinə dair təklif etdiyi metodika, burun çəpərində olan perforasiyaların qapadılmasına görə təklif etdiyi alət haqqında məlumat və videomaterial dinləyicilər arasında maraq doğurub və müzakirə olunub.