22 aprel 2019 17:42
562

Azərbaycanlı tələbələr Polşadan deportasiya olunub

Polşanın Krakov şəhərində təhsil alan azərbaycanlı tələbələr Əliyev Sənan və Şükürov Kitabulla ölkədən deportasiya olunublar.

"İki sahil" “Report”a istinadən xəbər verir ki, tələbələrin deport olunmasına səbəb davamiyyətlərində olan problem və intizamsızlıq olub.

Dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq davamiyyətlərni nizamlamayan azərbaycanlı tələbələr oxuduqları universitetdən xaric edilib. Onların təhsil vizaları ləğv edilərək ölkədən çıxmaları tələb olunub.