Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
17 mart 2020 17:42
1298

Azercell-lə İlaxır çərşənbəniz mübarək olsun!

Novruz adət-ənənəsinə görə, hər çərşənbə təbiətin Su, Od, Yel və Torpaq kimi 4 əsas ünsürünün oyanması qeyd edilir. Novruz bayramı ərəfəsində İlaxır çərşənbədə də Azercell abunəçilərini yeni təklifi ilə sevindirəcək.  

Belə ki, məhz 17 mart Torpaq çərşənbəsində abunəçilər “GəncOl 9” tarifi çərçivəsində mobil internetə 33% endirim əldə edərək 6GB internet paketini sadəcə 6 azn məbləğinə əldə edə biləcək.  Qoşulmaq üçün abunəçilər 7575 qısa nömrəsinə “G9” yazaraq göndərməli və ya endirimi “Kabinetim” mobil tətbiqində aktivləşdirməlidir.  

Xatırladaq ki, Azercell fevral ayının 25-dən başlayaraq hər çərşənbə axşamı xüsusi endirim kampaniyaları keçirir və müxtəlif tarif və internet paketlərinə qoşulma zamanı endirimlərdən yararlanmaq imkanı yaradır. Mobil operator ötən həftələrdə “Sərbəst 15” paketinə 20%, “Limitsiz Gecə” paketinə 50% , “Aylıq 30 GB” internet paketinə qoşularkən isə 20% xüsusi endirim təqdim edib.

Azercell yalnız bayram günlərində deyil, eləcə də bütün il boyu evlərinizin sevinclə dolu olmasını arzu edir!

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.