17 iyul 2019 16:06
923

“Azəriqaz”: 172 mənzil və 52 fərdi yaşayış evi istismara hazırdır

Mənzil Tikinti Kooperativləri üzrə (MTK) 172 mənzil və 52 fərdi yaşayış evi müvafiq sənədləşdirmə aparılmaqla istismara qəbul olunub. 266 yeni abonentə kod, 81 abonentə kart açılıb, 84 abonentlə təbii qazın alqı-satqı müqaviləsi bağlanılıb.

“Azəriqaz” İstehsalat Birliyindən bildirilib ki, 28 qeyri-əhali sektoru üzrə yeni obyektlərə rəy, 7 yeni obyektə isə təbii qaz verilib.