14 oktyabr 2019 15:02
970

“Azəriqaz”: Bu il 182 min 471 sayğac yenisi ilə əvəzlənib

“Azəriqaz” İstehsalat Birliyi ölkədə əhali abonentlərinin qaz xətləri üzərində quraşdırılan və istismar müddəti başa çatan qaz sayğaclarının əvəz olunması işini davam etdirir. Bu ilin 9 ayında ümumilikdə 182 min 471 sayğac yenisi ilə əvəzlənib. Bunun 90 846-sı istismar müddəti başa çatmış, 91 min 625-i digər səbəblərdən (müdaxilə, sərfiyatı qeyd etməməsi və sair) əvəz edilmiş sayğaclardır. Sentyabr ayı ərzində isə 24 min 154 sayğac yenisi ilə dəyişdirilib.

Bu barədə “Azəriqaz” məlumat yayıb.