07 avqust 2019 13:28
214

“Azəriqaz” tərəfindən 30 abonentə kart açılıb

Mənzil Tikinti Kooperasiyalarına (MTK) məxsus binalarda 90 mənzil və 101 fərdi yaşayış evi müvafiq sənədləşdirmə aparılmaqla istismara qəbul olunub.

“Azəriqaz” İB-dən bildirilib ki, 119 yeni abonentə kod, 30 abonentə kart açılıb, 30 abonentlə təbii qazın alqı-satqısı üzrə müqavilə bağlanıb. 5 qeyri-əhali sektoru üzrə yeni obyektə rəy, 4 yeni obyektə qaz verilib. Qazın verilməsi üçün MTK-lardan daha 9 ərizə qəbul olunub.