26 yanvar 2021 16:48
1030

“Azəriqaz”da “Açıq qapı” günləri təşkil edilib

Son vaxtlar əhali abonent qrupunun istifadəsində olan, dövlət yoxlama müddəti çatmış smart-kart tipli sayğacların mexaniki-elektron sayğaclarla əvəz edilməsindən sonra guya yeni quraşdırılan qurğuların təbii qazın sərfiyyatını çox qeydiyyata alması barədə fikirlər dolaşır.

"İki sahil" xəbər verir ki, bunları nəzərə alan “Azəriqaz” İstehsalat Birliyi yanvarın 26-dan “Açıq qapı” günlərinə başlayıb.

Media və ictimaiyyət nümayəndələri, həmçinin abonentlər birliyin Metrologiya Departamentində təbii qaz sayğaclarının yoxlama mərhələlərini əyani şəkildə izləyiblər.

“Açıq qapı” günü pandemiya qaydalarının tələblərinə uyğun həyata keçirilib.

Qeyd edək ki, bu gündən etibarən hər həftənin 2-ci və 4-cü günləri Metrologiya Departamentində saat 15:00-dan 17:00-dək “Açıq qapı” günləri davam edəcək.