16 iyul 2019 11:07
1179

“Azəriqaz”da kadr dəyişikliyi edilib

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyində kadr dəyişikliyi olub.

Birliyin baş direktoru Əkbər Hacıyevin əmri ilə ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İbrahim Kərbalayev digər vəzifəyə təyin edilib.

“Azəriqaz”ın İctimiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə isə Ceyhun Səfərov təyin olunub.

Qeyd edək ki, C.Səfərov 2003-cü ildən ATV kanalında çalışıb. (Report)