19 fevral 2020 16:01
1613

“Azəriqaz”ın baş direktoru Göyçayda vətəndaşlarla görüşəcək

Fevralın 21-də “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Göyçay rayonunda vətəndaş qəbulu keçirəcək.

Birlikdən bildirilib ki, baş direktorun müavinləri Ramil İskəndərov və Cahid Hüseynov isə Kürdəmir və Ucar rayonlarında vətəndaşların müraciətlərini dinləyəcəklər. Qəbulların hər üç rayon mərkəzində saat 12:00-da təşkili planlaşdırılıb.

Qəbullar Göyçay rayon Heydər Əliyev Mərkəzində, Kürdəmir rayon Heydər Əliyev Mərkəzində və Ucar rayon Gənclər Mərkəzində keçiriləcək. Daha ətraflı məlumatı Ağsu Regional Qaz İstismarı İdarəsindən, eləcə də Göyçay, Kürdəmir və Ucar rayonlarındakı qaz xidmət sahələrindən əldə etmək olar.