28 fevral 2020 21:06
2166

“Azərkosmos” 20 ölkəyə 1,8 milyon dollarlıq xidmət ixrac edib

Cari ilin yanvarında “Azərkosmos” ASC tərəfindən 20 ölkəyə 1,8 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac olunub.

AZƏRTAC İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın fevral sayına istinadla xəbər verir ki, “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 79 faizini təşkil edib.

“Azərkosmos” ASC-nin yanvarda xidmət ixracı həyata keçirdiyi əsas ölkələr Birləşmiş Krallıq, Fransa, BƏƏ, Almaniya, Gürcüstan və digərləridir.