08 avqust 2019 19:17
123

“Azərkosmos” nizamnamə kapitalını artıracaq

“Azərkosmos” ASC nizamnamə kapitalının artırılması məqsədilə anderraytinq xidmətləri təklif edən şirkət seçir.

AZƏRTAC “Azərkosmos” ASC-nin məlumatına istinadla xəbər verir ki, seçim kotirovka sorğusu üsulu ilə keçirilir.

Sorğuda iştirak arzusunda olan şirkətlər avqustun 14-də saat 18:00-dək xidmətlərinin dəyəri üzrə təkliflərini təqdim etməlidir. Tender proseduru avqustun 15-də baş tutacaq.

2018-ci il ərzində “Azərkosmos”un maliyyə hesabatına əsasən, 2019-cu il yanvarın əvvəlinə ASC-nin nizamnamə kapitalı 63 milyon 610,6 min manat təşkil edib.