20 mart 2020 21:00
900

“Azərsu” ASC “Skype” və “WhatsApp”la müraciətlərin qəbuluna başlayıb

Koronavirus (COVID-19) infeksiyasının yarada biləcəyi təhlükələrin qarşısının alınması məqsədilə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən zəruri tədbirlərin icrası davam etdirilir.

ASC-dən AZƏRTAC-a bildirilib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıqlarına uyğun olaraq “Azərsu”da vətəndaşların müraciətlərinin qəbulu rejiminə müvafiq dəyişikliklər edilib.

Vətəndaş qəbuluna müvəqqəti məhdudiyyətlərinin tətbiqi ilə əlaqədar müraciətlərin internet vasitəsilə “Skype” proqramı üzərindən aparılması xidməti təşkil olunub. Proqrama daxil olan vətəndaşlar aşağıda qeyd olunan ünvanlara qoşulmaqla müraciət edə bilərlər. “Skype” vasitəsilə videoqəbul martın 20-28-də saat 10:00-dan 16:00-dək aparılacaq.

Bununla yanaşı, “WhatsApp” xidməti vasitəsilə də müraciətlərin qəbuluna başlanılıb. Vətəndaşların hər hansı bir sualı yaranarsa +99455 209-95-59 nömrəsi vasitəsilə istənilən vaxt “Azərsu” ASC-yə müraciət edə bilərlər.

Qeyd edək ki, vətəndaşlar müraciətlərini telefon rabitəsi (431-47-67, daxili 12-20, 11-92) və elektron qaydada (“www.azersu.az” rəsmi internet səhifəsinin onlayn çat və elektron xidmətlər bölməsi) ünvanlaya bilərlər.

Təşkilatın adı “Skype” ünvanı

“Azərsu” ASC-nin aparatı azersu.aparat1, azersu.aparat2, azersu.aparat3

Sabunçu Sukanal İdarəsi      Sabuncu.Sukanal

Suraxanı Sukanal İdarəsi     Suraxani.Sukanal

Xəzər Sukanal İdarəsi          Xezer.Sukanal

Nizami Sukanal İdarəsi        Nizami.Sukanal

Nəsimi Sukanal İdarəsi        Nəsimi.Sukanal

Səbail Sukanal İdarəsi         Sebail.Sukanal

Yasamal Sukanal İdarəsi      Yasamal.Sukanal

Xətai Sukanal İdarəsi           Xatai.Sukanal

Nərimanov Sukanal İdarəsi   Narimanov.Sukanal

Binəqədi Sukanal İdarəsi       Binaqadi.Sukanal

Qaradağ Sukanal İdarəsi       Qaradağ.Sukanal

Abşeron Sukanal İdarəsi        Absheron.Sukanal

Sumqayıt Sukanal İdarəsi      Sumqayit.Sukanal

Bağlar Sukanal İdarəsi           Baglar.Sukanal