01 iyun 2020 13:48
782

Azexport.az portalına olunan sifarişlər apreldə 20,8 faiz artıb

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2020-ci ilin may sayı təqdim edilib.

"İki sahil" xəbər verir ki, “İxrac İcmalı”nda 2020-cu ilin yanvar-aprel ayları ərzində Azexport.az portalına daxil olan ixrac sifarişləri barədə də məlumat verilib.

Qeyd olunub ki, 2020-ci ilin yanvar-aprel aylarında Azexport.az portalına 209,2 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub. 2020-ci ilin aprel ayında isə portala daxil olan ixrac sifarişlərinin dəyəri 61,5  milyon ABŞ dolları təşkil edib və ötən ilin müvafiq ayı ilə müqayisədə 20,8 faiz artıb.

Bu ilin aprel ayında Azexport.az portalına ən çox ixrac sifarişi pomidor, toyuq yumurtası, badımcan, kartof, qoyun yunu, soğan, pambıq yağı, kələm, bal, göbələk, tütün, şərab, tikinti materialı,  meyvə şirəsi, alma, mühərrik yağı, sarımsaq, konservləşdirilmiş tərəvəz, qənnadı məhsulu, metal konstruksiya, yer kökü, çay,  buğda unu, uşaq bezi və s. mallara daxil olub.

Məlumat üçün qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2020-ci ilin 30 aprel tarixinə kimi (40 ay ərzində) Azexport.az portalına dünyanın 141 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 1 milyard 794 milyon ABŞ dolları təşkil edib.