21 fevral 2019 14:55
896

AzTU da seminar keçirilib - FOTO

Fevralın 20-də Azərbaycan Texniki Universitetində (AzTU) Hind klinikasının həkimləri tərəfindən “Sağlam həyat tərzinin viruslu hepatetlərin yaranmamasında rolu” mövzusunda seminar keçirilib.

Universitetdən “İki sahil”ə verilən məlumata görə, seminarı giriş sözü ilə açan AzTU-nun prorektoru, professor İsa Xəlilov  bildirib ki, Azərbaycanda gənclər siyasəti dövlətin əsas istiqamətlərindəndir. Gənclərlə bağlı həyata keçirilən layihələrə, qanunvercilikdə edilən dəyişiklilərə və gənclərə göstərilən dövlət qayğısına diqqət çəkən prorektor vurğulayıb ki, Azərbaycan gənclər siyasətinin təməlində gənc nəsilin sağlamlığının təmin olunması, onların pis vərdişlərdən uzaq tutulması və yoluxucu xəstəliklərdən müdafiəsi dayanır.

Hind klinikasının rəhbəri  dr. Ronald Dmello və  klinikanın həkim koordinatoru Şəfaqət Tağıyeva viruslu hipatetlərin (B,C,D) yaranma, yayılma səbəbləri, əsas əlamətləri, ilkin yardım və profilatkası haqqında tələbələrə geniş məlimat veriblər. Qeyd olunub ki, xəstəlik aşkarlandıqda tezliklə  müalicə aparılmasa  həyati təhlükə yaranır və müalicənin gecikdirilməsi tam sağalma ehtimalını azaldır.

Sonda dr. Ronald Dmello onları tələbələrlə görüşdürülməsi üçün yaradılan şəraitə görə AzTU rəhbərliyinə təşəkkür edib.