11 avqust 2020 12:26
681

Azyaşlı soyğunçu saxlanılıb

Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarınını həyata keçirdikləri əməliyyat zamanı Xırdalan şəhərində yetkinlik yaşına çatmayan bir nəfərin dəyəri 600 manat olan bir ədəd mobil telefonunu soyğunçuluq yolu ilə əlindən alan şəxs saxlanılıb.

“İki sahil” xəbər verir ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Polisin keçirdiyi əməliyyat zamanı bu cinayəti törətməkdə şübhəli bilinən Naftalan şəhər sakini Bəxtiyar Məmmədov tutulub. O, ifadəsində törətdiyi əməli etiraf edib.

Qeyd olunan faktlarla bağlı Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir.