19 may 2020 09:07
268

Bağdadda iki raket partlayıb

Bağdadın "yaşıl bölgəsi" nin yaxınlığında olan ərazi raket atəşinə tutulub.

Trend-in məlumatına görə, bu barədə İraqın "Al Sumaria" telekanlı bildirib.

Məlumata əsasən, ABŞ səfirliyi də daxil olmaqla, dövlət qurumlarının və xarici diplomatik nümayəndəliklərin yerləşdiyi paytaxtın o hissəsinin yaxınlığında iki raket partlayıb. Hücumlarla yanaşı hava hücumu sirenləri də işə salınıb.

Xəsarət alan və ya dağıntılar barədə məlumat verilməyib.