18 sentyabr 2019 15:04
563

Bakı Dövlət Cıdır Meydanında kross qaçışı üzrə paytaxt çempionatı keçiriləcək

Sentyabrın 21-də Bakı Dövlət Cıdır Meydanında kross qaçışı üzrə paytaxt çempionatı keçiriləcək.

AZƏRTAC xəbər verir ki, çempionatda 100-ə yaxın atlet 8 məsafə üzrə mübarizə aparacaq. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin, Azərbaycan Atletika Federasiyasının birgə təşkilatçılığı ilə keçiriləcək yarışda 10-dək idman klubu təmsil olunacaq.