12 dekabr 2019 12:28
801

Bakı-Məşhəd birbaşa uçuşları başlayır

Bakı-Məşhəd istiqamətində birbaşa uçuşların həyata keçirilməsinə başlanılır.

Bu barədə Azvision.az -a İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.

“İran İslam Respublikası qardaş və dost Azərbaycan Respublikası ilə əlaqələrinin daha da inkişafı üçün Məşhəd – Bakı istiqamətində birbaşa uçuşlar təşkil edir. Bu planın icraçısı “Bakustar” şirkətidir. Şirkət bu gündən etibarən Azərbaycanın bütün sərnişinlərinə öz xidmətlərini təklif edir”, - deyə səfirliyin məlumatında bildirilib.

Qeyd edək ki, uçuşlar həftədə iki dəfə olmaqla, 1-ci və 4-cü günlər həyata keçiriləcək.