24 yanvar 2020 14:50
794

Bakı-Nur-Sultan aviareysi niyə ləngiyir?

Qazaxıstanın “Air Astana” aviaşirkətinin yanvarın 23-nə həyata keçirilməsi nəzərdə tutulan Bakı-Nur-Sultan aviareysi ləngiyir. Uçuş yanvarın 24-ü saat 04:50-də yerinə yetirlməsi nəzərdə tutulsa da hava şəraiti səbəbindən bu baş tutmayıb.

“Nursultan Nazarbayev” hava limanının mətbuat nümayəndəsinin AZƏRTAC-a məxsusi verdiyi məlumata əsasən, Bakı-Nur-Sultan reysinin bu gün saat 21:45-də yerinə yetirlməsi nəzərdə tutulur.

Qazaxıstanın paytaxt “Nursultan Nazarbayev” beynəlxalq hava limanında çovğunlar səbəbindən hələ də uçuşlarda ləngimələr davam edir. Son məlumatlara görə, uçuş üzrə 13, gəliş üçün isə 14 olmaqla ümumilikdə 27 aviareys təxirə salınıb.

Xatırladaq ki, artıq üçüncü gündür Qazaxıstanın paytaxtı və ölkənin digər bölgələrində hava şəraitinin kəskinləşməsi ilə əlaqədar yollarda hərəkət dayanıb və məktəblərdə dərslər ləğv edilib.