01 iyun 2020 18:01
979

Bakı polisi: Aksiya keçirməyə cəhd edən 7 nəfər saxlanılıb

Bir qrup şəxs xüsusi karantin rejimi qaydalarına zidd olaraq, müvafiq icra hakimiyyəti ilə razılaşdırmadan Təhsil Nazirliyinin qarşısında aksiya keçirməyə cəhd göstərib.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, əhalinin sıx olduğu ictimai yerdə sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayət olunan cəhdin qarşısı ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən alınaraq, onların ərazidən uzaqlaşdırılması təmin olunub.

Ümumilikdə 7 nəfər saxlanılıb. Onlardan 6-sı barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq protokol tərtib olunub. Aksiyanın təşkilatçısı olan bir nəfər barəsində toplanmış materiallar isə rayon məhkəməsinə göndərilib.