25 iyun 2019 19:16
1634

Bakı Şəhər İcra Hakimiyyəti: Çimərlik ərazilərinə giriş pulsuzdur

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) çimərliklərlə bağlı açıqlama yayıb.

Bu barədə AZƏRTAC-a BŞİH–nin mətbuat xidmətindən məlumat veriblər. Məlumatda deyilir: “İyunun 15-dən çimərlik mövsümünə rəsmən başlanması ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamenti paytaxt sakinlərinin və qonaqlarının diqqətinə çatdırır ki, çimərlik ərazilərinə və sahilyanı zonalara giriş pulsuzdur”.

Departamentdən bildiriblər ki, çimərliklərdə əhalinin və qonaqların sahilyanı zonada istirahətinə lazımi şəraitin yaradılması ilə bağlı aidiyyəti qurumlar tərəfindən müvafiq tədbirlər həyata keçirilir.