20 fevral 2019 19:33
685

Bakı Slavyan Universitetində Beynəlxalq Ana Dili Günü qeyd ediləcək

Bakı Slavyan Universitetinin pedaqoji fakültəsi ibtidai təhsil kafedrasının təşkilatçılığı ilə 21 fevral - Beynəlxalq Ana Dili Gününə həsr olunan tədbir keçirəcək. Tədbirdə dilçi alimlər və tələbələr iştirak edəcəklər.

Universitetdən bildirilib ki, tədbirdə AMEA Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri, professor İsmayıl Məmmədovun “Ana dilimiz güvən yerimizdir”, Bakı Slavyan Universitetinin Müasir Azərbaycan dili kafedrasının müdiri, professor İkram Qasımovun “Ana dilimizi qoruyaq”, Bakı Slavyan Universiteti türkologiya kafedrasının dosenti Dürdanə Əliyevanın “Müəllim və ana dili”, Bakı Slavyan Universitetinin ibtidai təhsil kafedrasının dosenti Çimnaz Məmmədovanın “Ana dili ruhumuz, eşqimiz, sərvətimizdir” mövzularında məruzələri dinləniləcək. Tədbirdə, həmçinin tələbələr çıxış edəcəklər.