28 yanvar 2019 12:48
298

Bakı-Sumqayıt qatarında gediş haqqı artdı

Bu gündən etibarən Bakı-Sumqayıt-Bakı marşrutu üzrə hərəkət edən elektrik qatarlarında gediş haqqında müəyyən dəyişikliklər edilib.

"Ölkə.Az" xəbər verir ki, bilet satışı köşklərində, kassalarda yaranmış növbələrin tam aradan qaldırılması, həmçinin sərnişinlərin plastik kartlardan daha çox istifadəyə cəlb edilməsi və bununla da gediş-gəliş zamanı sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə kağız biletlər və plastik kartlarla gediş haqqı arasında qiymət fərqi tətbiq olunub. Belə ki, kağız biletlə gediş haqqı 1 manat 10 qəpik, plastik kartla isə 1 manatdır.

Həmçinin, sözügedən qatarların biznes sinifli vaqonlarında gedişə olan tələbin təklifə uyğunlaşdırılması məqsədilə gediş haqqı artırılıb.