29 iyul 2020 17:43
264

Bakı və Abşeron yarımadasında tozun miqdarı normadan artıqdır

Bakı şəhəri və Abşeron yarımadasında tozun miqdarı normadan artıqdır

Milli Hidrometeorologiya Xidmətinin mütəxəssislərinin apardığı monitorinqin nəticələrinə əsasən bu gün günorta saatlarından başlayaraq Bakı şəhəri və Abşeron yarımadasında havada tozun miqdarının normadan artıq olduğu müəyyən edilib.

Bunu Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Vasif Əliyev bildirib.

Onun sözlərinə görə, buna səbəb Bakı şəhəri və Abşeron yarımadasında şimal-qərb küləyinin arabir saniyədə 23-25 metrədək güclənməsi və nəticədə istehsalat ərazilərində formalaşan tozun atmosferin yuxarı təbəqələrinə qalxmasıdır.

Xidmətin rəis müavini diqqətə çatdırıb ki, meteoroloji şəraitlə əlaqədar yaxın iki gün ərzində havada tozun miqdarının normadan artıq olacağı proqnozlaşdırılır.