07 oktyabr 2019 16:06
91

Bakıda 18 yaşlı qız oğurlanıb

Bakıda gənc qız oğurlanıb.

“Report”un xəbərinə görə, hadisə paytaxtın Nərimanov rayonu ərazində baş verib.

Belə ki, 2001-ci il təvəllüdlü S.Ə. adlı qız Mətləb adlı şəxs tərəfindən qaçırılıb.

Bununla bağlı Nərimanov Rayon Polis İdarəsinə müraciət edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 144-cü (Adam oğurluğu) maddəsi ilə cinayət işi başlanıb.