29 noyabr 2020 18:50
734

Bakıda 2 azyaşlı su hovuzuna düşüb

Bakıda 2 azyaşlının su hovuzuna düşdüyü bildirilir.

"İki sahil" Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonunda 2 nəfər azyaşlının su hovuzuna düşməsi barədə məlumat daxil olub. Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.