19 mart 2020 12:58
687

Bakıda 6 min manatlıq oğurluq edən şəxslər tutuldu

Bakıda köşk, mağaza, gözəllik salonu və aptekdən oğurluq edilib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, oğurluq etdiyinə görə tutulan S.Pənahovun və A.Həsənovun ətraflarında Nərimanov Rayon Polis İdarəsinin (RPİ) 18-ci Polis Şöbəsi (PŞ) və Nizami RPİ 25-ci PŞ-nin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onların Nərimanov rayonu ərazisindəki bir köşkdən 2 000 manat dəyərində tütün məmulatı, bir aptekdən 3 750 manat və bir mağazadan isə 148 manat pul oğurlamaları da müəyyən edilib.

Davam etdirilən tədbirlərlə A.Həsənovun H.Dadaşzadə ilə birgə Nizami rayonu ərazisindəki bir gözəllik salonundan 480 manat oğurlamaları da müəyyən edilib.