30 noyabr 2020 22:19
947

Bakıda avtomobil piyadanı vurub

Bakıda piyada qadını avtomobil vurub.

"İki sahil"Milli.Az-a istinadən bildirir ki, hadisə Xəzər rayonu, Binə qəsəbəsində qeydə alınıb.

1972-ci il təvəllüdlü Niftəliyeva Yasəmən İdris qızı yolu keçərkən onu minik avtomobili vurub.

Ağır xəsarət alan piyada 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib.

Hazırda qadının vəziyyəti ağırdır.