10 fevral 2020 21:07
947

Bakıda bu balıq məhsulunun satışı dayandırılıb - FOTO

“Karona LTD” MMC-yə məxsus balıq məhsullarının satışı dayandırılıb

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları aparılan monitorinqlər zamanı bəzi satış müəssisələrində Vyetnamda istehsal olunan panqasius balığının etiketində dərc olunan məlumatların həqiqəti əks etdirmədiyini müəyyən ediblər.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, bununla əlaqədar həmin məhsulun idxalçısı “Karona LTD” MMC-yə məxsus saxlanma anbarında yoxlama keçirilib.

Yoxlama zamanı istehsal tarixi 08.05.2019-cu il, son istifadə tarixi 07.05.2021-ci il olan panqasius balığının etiket məlumatlarında məhsulun çəkisi 1 kiloqram, donu açıldıqdan sonra qalan çəkisi 800 qram göstərilsə də, donu açılmış məhsulun faktiki çəkisinin 495-510 qram olduğu müəyyən edilib və məhsulun satışı dərhal dayandırılıb.

Aşkarlanan faktla əlaqədar “Karona LTD” MMC qanunvericiliyin tələbləri çərçivəsində inzibati məsuliyyətə cəlb olunub.