28 yanvar 2021 15:14
865

Bakıda daha bir yolda svetofor quraşdırılıb

Bakı Nəqliyyat Agentliyi tərəfindən yol hərəkətinin təhlükəsizlik səviyyəsinin artırılması məqsədilə Yeni Ramana yolu ilə Samir Əliyev küçəsinin kəsişməsində svetofor obyektləri və müvafiq yol nişanları quraşdırılıb, nişanlanma işləri aparılıb. 

"İki sahil" xəbər verir ki, bu barədə Bakı Nəqliyyyat Agentliyindən məlumat verilib.

Bildirilib ki, təmir nəticəsində növbəli hərəkət təmin edilərək yol nəqliyyat hadisələrinin baş vermə riski minimuma endirilib. 

Ətrafda 2 tam orta məktəbin, 1 uşaq baxçasının yerləşməsi nəzərə alınaraq, bütün istiqamətlər üzrə təşkil edilən nizamlanan eyni səviyyəli piyada keçidləri sayəsində piyadaların rahatlığı və təhlükəsizliyi təmin edilib.